• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

MSK 3 seçki məntəqəsinin nəticələrini ləğv edib

MSK 3 seçki məntəqəsinin nəticələrini ləğv edib
11.09.2024 16:43
Sentyabrın 1-də keçirilən Milli Məclisə növbədənkənar seçkilərdə 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin üç seçki məntəqəsində qanun pozuntusu qeydə alınıb. Bu barədə  Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında  Ekspert qrupunun üzvü Tofiq Həsənov bildirib.
 
Onun sözlərinə görə, pozuntular barədə məlumat MSK-a həmin dairədən qeydə alınan deputatlığa namizəd İlqar Məmmədov tərəfindən təqdim olunub. 
 
"Namizəd səsvermə günü seçki məntəqələrində müşahidəçilərə maneələr yaradıldığını iddia edib. O həmçinin, 2 və 21 saylı məntəqələrə aid videogörüntü təqdim edib. İddia olunan qanun pozuntuları təsdiqini tapmadığından müraciət təmin edilməyib. Təkrar araşdırma zamanı təqdim olunan sənədlərə yenidən baxılıb, müşahidəçilərdən izahatlar alınıb. Beləliklə, dairənin 2, 14 və 20 saylı məntəqələr istisna olmaqla, digər məntəqələrdə pozuntular aşkarlanmayıb. Adıçəkilən 3 məntəqənin nəticələri etibarsız hesab edilib",  Həsənov əlavə edib.

Onun sözlərinə görə,  dairədəki 38 seçki məntəqəsindən 3-nün nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələri ləğv edilə bilməz. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev “Kəlbəcər Şəhəri Günü” ilə bağlı paylaşım edib
Siyasət 08:29
Əliyev “Kəlbəcər Şəhəri Günü” ilə bağlı paylaşım edib
Astana Bakı və İrəvan arasında vasitəçilik ambisiyalarını artırır - TƏHLİL
Siyasət 18:51
Astana Bakı və İrəvan arasında vasitəçilik ambisiyalarını artırır - TƏHLİL
Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinə seçildi
Siyasət 18:13
Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinə seçildi
Hüquq müdafiəçisi Ağ Evə və ABŞ Dövlət Departamentinə müraciət edib
Siyasət 18:04
Hüquq müdafiəçisi Ağ Evə və ABŞ Dövlət Departamentinə müraciət edib
Əliyev TDT QHT-lərinin Həmrəylik Forumunda iştirakçılara müraciət edib
Siyasət 11:27
Əliyev TDT QHT-lərinin Həmrəylik Forumunda iştirakçılara müraciət edib
Bakıda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri görüşüb
Siyasət 17:35
Bakıda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri görüşüb
Prezident Vahid Əzizi təltif edib
Siyasət 14:01
Prezident Vahid Əzizi təltif edib
Prezident dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
Siyasət 12:06
Prezident dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
D-8 Media Forumunda Bakı Bəyannaməsi qəbul olunub
Siyasət 19:06
D-8 Media Forumunda Bakı Bəyannaməsi qəbul olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol