MSK Mirmahmud Mirəlioğlunun müraciəti ilə bağlı qərarını açıqlayıb

22:32 | 08.10.2015
MSK Mirmahmud Mirəlioğlunun müraciəti ilə bağlı qərarını açıqlayıb

MSK Mirmahmud Mirəlioğlunun müraciəti ilə bağlı qərarını açıqlayıb

 Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun şikayətinə baxılıb.

"Report”un məlumatına görə, "Azadlıq-2015” seçki bloku tərəfindən 43 saylı Sumqayıt üçüncü Seçki Dairəsindən namizədliyi irəli sürülən M.Mirəlioğlu MSK-ya müraciətində bildirib ki, DSK əsassız olaraq onun namizədliyini qeydə almayıb.

M.Mirəlioğlunun səlahiyyətli nümayəndəsi Bəybala Əbil məlumat verib ki, Dairə Seçki Komissiyası M.Mirəlioğlunun 550 seçici imzasından 114-nü etibarsız hesab edib. Onun sözlərinə görə, DSK seçici imzalarında bəzi qeydlərin olmadığını əsas gətirib.

Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, M.Mirəlioğlunun DSK-ya təqdim etdiyi 550 imzadan 114-ü etibarsızdır.

MSK DSK-nın qərarını qüvvədə saxlayıb, M.Mirəlioğlunun deputatlığa namizədliyi qeydə alınmayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM