MSK-nın seçki ilə bağlı sonuncu iclası bu gün keçiriləcək

11:01 | 16.09.2024
MSK-nın seçki ilə bağlı sonuncu iclası bu gün keçiriləcək

MSK-nın seçki ilə bağlı sonuncu iclası bu gün keçiriləcək

Mərkəzi Seçki Komissiyası sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı sonuncu iclasını keçirərək yekun qərar verəcək. 
 
Qərardan sonra seçkinin nəticələri protokollaşdırılaraq  Konstitusiya Məhkəməsinə göndəriləcək. 
 
Konstitusiya Məhkəməsi 10 gün müddətində nəticələr barəsində qərarı təsdiq edəcək. 
 
Mərkəzi Seçki Komissiyası seçkilərdən sonra bir neçə məntəqənin nəticələrini pozuntu kimi sayaraq ləqğv edib. 
 
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə hakim partiya YAP 68 nəfər namizədi ilə qalib gəlib. 
 
Bu seçkilərdə qadın deputatların sayı 21-dən 25-ə çatıb. 
 
Ümumi olaraq ölkə üzrə 2 milyondan çox şəxs səs verib. 4 milyona yaxın insan isə səsvermə hüququndan istifadə etməyib. 
 
Gülnar 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM