MSK nümayəndə heyəti Maldivdə parlament seçkilərini müşahidə edəcək

12:00 | 19.04.2024
MSK nümayəndə heyəti Maldivdə parlament seçkilərini müşahidə edəcək

MSK nümayəndə heyəti Maldivdə parlament seçkilərini müşahidə edəcək

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 21-də Maldiv Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə paytaxt Male şəhərinə gedib. Bu barədə MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Mərkəzi Seçki Komissiyası nümayəndə heyətinin sözügedən seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirakı Maldiv Respublikası Seçki Komissiyası sədrinin dəvətinə əsasən reallaşdırılır.

Səfər zamanı Mərkəzi Seçki Komissiyasının nümayəndələri parlament seçkilərinə hazırlıqlarla tanış olacaq və səsvermə məntəqələrində seçki günü prosedurlarını müşahidə edəcəklər.

Səfər çərçivəsində sədr Məzahir Pənahovun Maldiv Respublikası Seçki Komissiyasının sədri Fuvad Tovfeek, habelə seçkilərin müşahidəsinə qatılan təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşlər keçirməsi, qurumlararası əməkdaşlıq imkanları, əlaqələrin dərinləşdirilməsinin inkişaf perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı müzakirələr aparması da nəzərdə tutulur.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb