Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mərkəzi Seçki Komissiyasında (MSK) olub.
ANN.Az APA-ya istinadən xəbər verir ki, nazir qurumun veb-kameralara texniki nəzarət Mərkəzi ilə tanış olaraq, yaradılmış şəraitdən məmnunluğunu ifadə edib.
MSK sədri Məzahir Pənahov bildirib ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. O qeyd edib ki, artıq Azərbaycanda referendumun keçirilməsinə saylı günlər qalıb və bütün məntəqələrdən görüntü çox yüksək səviyyədədir: "Biz çalışırıq ki, yerlərdə elektrik enerjisi təchizatı və telefon rabitəsi sahəsində problem olmasın. İstənilən şəxs veb-kameralarla bütün prosesləri dünyanın hər nöqtəsindən MSK-nın saytı vasitəsilə izləmək imkanı əldə edəcək. İnanıram ki, biz işimizi beynəlxalq standartlara cavab verən şəkildə yerinə yetirəcəyik".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !