MTN-dən İŞİD-in "Bakı bazası" barədə AÇIQLAMA

17:11 | 12.11.2014
MTN-dən İŞİD-in "Bakı bazası" barədə AÇIQLAMA

MTN-dən İŞİD-in "Bakı bazası" barədə AÇIQLAMA

Anspress Bakıda İŞİD-çilərin “Baku Paintball Center”dəki atıcılıq meydanında hərbi baza yaratmaqları ilə bağlı yayılan məlumatlara münasibət öyrənmək üçün Milli Təhlükəsizlik Nazirliyinə sorğu yollayıb. Nazirliyin İctimai Əlaqələr Mərkəzindən sorğuya cavab olaraq bildirildi ki, yayılan informasiyaların heç bir əsası yoxdur.“Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. Əməliyyat şəraitinə nəzarət olunur”, - deyə bildirilib. Qeyd edək ki, Bakıda İŞİD-çilərin yetişdirməsi barədə məlumat yayılıb. Yayılan məlumatlara görə, Bakı şəhərinin Keşlə qəsəbəsindəki “Baku Paintball Center”dəki atıcılıq meydanında İŞİD-çi dəstələrinin formalaşdırıldığı iddia olunur. Yayılan məlumatlara görə, günün müəyyən zamanlarında sələfi təriqətinin nümayəndələri mərkəzin atıcılıq meydanında təlim keçirlər. Beləliklə də onlar gələcək döyüşlərə hazırlaşırlar.Məsələyə aydınlıq gətirmək üçün “Baku Paintball Center” ilə əlaqə yaratdıq. Fikrət adlı şəxs ANS PRESS-ə açıqlamasında yayılan məlumatların yalan olduğunu dedi. “Elə şey olar ki, burada terrorçular məşq etsinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları xəbərsiz olsun? Yalan söhbətdir. Kimsə düşmənçilik məqsədilə belə xəbərlər yayır”, - deyə Fikrət bəy bildirdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM