MTN-in daha bir idarə rəisi vəzifədən kənarlaşdırıldı

11:52 | 27.11.2013
MTN-in daha bir idarə rəisi vəzifədən kənarlaşdırıldı

MTN-in daha bir idarə rəisi vəzifədən kənarlaşdırıldı

Milli Təhlükəsizlik naziri Eldar Mahmudov rəhbərlik etdiyi qurumda kadr islahatlarını davam etdirir. 

AzNews.az-a daxil olan məlumata görə, MTN-nin Səbael rayon İdarəsinin rəisi Ceyhun Əliyev də vəzifəsindən kənarlaşdırılıb. Onun sərəncama göndərildiyi bildirilir. 

MTN-nin İctimai Əlaqələr Mərkəzindən xəbəri nə təkzib, nə də inkar ediblər. 

Qeyd edək ki, MTN-də kadr dəyişikliyi bir müddət əvvəl başlayıb.

Belə ki, dünən xəbər verdiyimiz kimi, nazirliyin Nərimanov rayon İdarəsinin rəisi Natiq Abuzərli təqaüd yaşına çatdığına görə pensiyaya göndərilib.

Bundan əlavə xidmət müddəti başa çatan bir neçə əməkdaş da təqaüdə çıxarılıb.

E.Mahmudovun islahatları davam etdirəcəyi bildirilir. 

MTN-dəki kadr dəyişiklikləri ilə bağlı mütəmadi məlumat verəcəyik.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM