MTN xüsusi əməliyyat keçirdi

17:14 | 24.04.2014
MTN xüsusi əməliyyat keçirdi

MTN xüsusi əməliyyat keçirdi

Dünən 18.00 radələrində Yasamal rayonunda MTN əməkdaşları keçirilən əməliyyat nəticəsində sünni məzhəbinin 14 nümayəndəsini həbs ediblər.Vesti.az xəbər verir ki, bu barədə hüquq mühafizə orqanlarından bildiriblər.Məlum olub ki, xüsusi xidmət dəstəsinin əməkdaşları H.Məcidov küçəsində yaşayan 57 yaşlı Əli Əsgərlinin evinə daxil olublar - bu ünvanda “Mahmudiyyə” mədrəsəsi fəaliyyət göstərir. Saxlanılan şəxslər özlərini Xalidiyyə Sufinin Nəqşbənd müsəlman cərəyanına aid edirlər.Axtarış zamanı mənzildən dini kitablar, xəritə və dini xarakterli afişalar tapıblar.Qeyd edək ki, Nəqşbənd – Xalidiyyə Qafqazda geniş yayılmış cərəyandır, əsasən də Çeçenistanda. Şeyx Şamil (1797-1871) Rusiyaya qarşı otuz illik qarşıdurmasını Nəqşbənd-Xalidi Sufi orderinin rəhbərliyi altında aparıb//Oxu.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti