MTRŞ ANS və ATV arasında yaranmış qalmaqala münasibət bildirdi

17:29 | 08.09.2015
MTRŞ ANS və ATV arasında yaranmış qalmaqala münasibət bildirdi

MTRŞ ANS və ATV arasında yaranmış qalmaqala münasibət bildirdi

"Əlbəttə, telekanallar arasında olan münasibətlərin xarakteri onların öz işidir.

 Bununla belə, bir kanalın digərinə fürsətdən istifadə edərək "ilişməsi", ona peşəkarlıq dərsi keçməsi və eyni zamanda, qarşı tərəfin də buna sərt reaksiya verməsi, xüsusilə də bütün bunların əsas xəbər buraxılışında edilməsi, istər-istəməz tamaşaçıda, ictimaiyyətdə müəyyən narahatlıq yaradır.

 "Report" xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşov ANS və ATV arasında yaranan qarşıdurmaya münasibət bildirərkən deyib.

Şura rəsmisi bildirib ki, yayımçılar efirin imkanlarını faydalı işlərə sərf etsələr, daha yaxşı olardı: "Onsuz da tamaşaçı efirdə şou-biznes nümayəndələrinin süni qalmaqallarından bezib. İndi buna bir yenisini - yayımçılar arasında olan qalmaqalları da əlavə etməklə, efiri daha da eybəcərləşdirməyə, milli tezlik resursundan səmərəsiz istifadə etməyə lüzum yoxdur".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM