MTRŞ xəbərdarlıq etdi

17:46 | 09.10.2015
MTRŞ xəbərdarlıq etdi

MTRŞ xəbərdarlıq etdi

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən milli-mənəvi dəyərlərə zidd reklamların yayımı ilə bağlı araşdırmalar aparılır.

Bu barədə "Report"a MTRŞ-dan məlumat verilib.

Məlumatda o da bildirilib ki, bu məsələ ilə bağlı tamaşaçılar tərəfindən şikayətlər daxil olur.

Televiziyalarla yanaşı, radio yayımçılarının da reklamla bağlı qaydalara əməl etməsi məsələsinin diqqətdə olduğu bildirilib.

Hazırda radio yayımçılarının əvvəllər olduğu kimi, reklamla bağlı qanun pozuntularına çox yol vermədikləri qeyd edilib. "Əsas narahatçılıq yaradan amil isə radio verilişlərinin aparıcılarının nitqi ilə bağlıdır", - MTRŞ-dan bildirilib.

MTRŞ-dan "Televiziya və radio yayımı haqqında" qanuna edilən dəyişikliklərdən sonra dövlət dilini ciddi şəkildə pozan verilişlərin fəaliyyətinin dayandırılmasının mümkün olduğu da qeyd edilib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM