Müdafiə Nazirliyi erməni KİV-nin yalanını ifşa etdi

21:13 | 06.04.2016
Müdafiə Nazirliyi erməni KİV-nin yalanını ifşa etdi

Müdafiə Nazirliyi erməni KİV-nin yalanını ifşa etdi

Erməni mətbuatında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçmiş Talış kəndi ətrafındakı yüksəkliklərin guya düşmən tərəfindən yenidən zəbt edilməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur və yalandır.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az verilən məlumata görə, bu cür məlumatların yayılması təlaş içində yaşayan erməni xalqını və mənəvi düşgünlüyə məruz qalmış, döyüş qabiliyyətini itirmiş düşmən ordusunun döyüşmək istəməyən əsgərlərini cüzi də olsa ruhlandırmaq məqsədilə Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilən uğursuz və saxta fəaliyyətin nəticəsidir.
 
Müdafiə Nazirliyi bir daha bildirir ki, Ermənistan tərəfi gün ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozmaqda davam edib və bu təxribatların qarşısını almaq məcburiyyətində qalan Silahlı Qüvvələrimizin cavab tədbirləri daha sərt olacaqdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM