Multikulturalizmin Azərbaycan Modeli forumu öz işini uğurla bitirib

13:45 | 23.07.2014
Multikulturalizmin Azərbaycan Modeli forumu öz işini uğurla bitirib

Multikulturalizmin Azərbaycan Modeli forumu öz işini uğurla bitirib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT)  Qubada əcnəbi gənclərin ölkəmiz, onun çoxmədəniyyətli təcrübəsi, tolerant ənənəsi haqqında məlumat səviyyələrinin yüksəldilməsi, mədəniyyətlərarası dialoq və əməkdaşlıq sahəsində həyata keçirdiyi “Multikulturalizmin Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumu öz işini Qubada uğurla başa çatdırıb.

Forum geniş proqrama uyğun fəaliyyətləri ardıcıllıqla 5 gün ərzində əcnəbi və yerli gənclərin fəal iştirakıyla həyata keçirdi. 

Rəsmi plenar açılışda Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, Milli Məclisin deputatları Vahid Əhmədov, Yevda Abramov, Prezident Administrasiyasi millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin baş məsləhətçisi Anna Bayramova, gənclər təşkilatları rəhbərləri və digər qonaqlar iştirak edib, öz çıxışları ilə Forumun işini yüksək qiymətləndirdilər. 

Forum iştirakçıları Qubada yəhudilərin kompakt yaşadığı Qırmızı qəsəbəyə, Xınalıq kəndinə, Soyqırım Məzarlığına və digər tarixi, mədəni yerlərə səfərlər də etdilər. Forum müddətində əcnəbi gəncləri rayon rəhbərliyi qəbul etdi, Gənclər Mərkəzi ilə tanışlıq oldu, maraqlı konsert proqramı və mədəniyyətlərarası gecə təşkil olundu. 

Forum müddətində 4 maraqlı mövzu üzrə panellər təşkil olundu və geniş diskusiyalar aparıldı. Azərbaycanın multikulturalizm modeli və təcrübəsi yüksək qiymətləndirildi və bunun gənclər vasitəsilə dünyaya təbliği təqdir edildi.

Forum öz işini çox əhəmiyyətli Quba Bəyannaməsinin qəbulu ilə bitirib.

ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM