Mundial haqda bilinməyən 10 maraqlı məlumat

19:19 | 20.06.2014
Mundial haqda bilinməyən 10 maraqlı məlumat

Mundial haqda bilinməyən 10 maraqlı məlumat

Dünyaca məşhur "Wall Street Journal"-da “Dünya Çempionatı-2014” haqda bir çoxlarının bilmədiyi, diqqətdən kənarda qalan 10 maraqlı məlumat dərc olunub. Həmin məlumatları sizə təqdim edirik. 
1)  DÇ kuboku həmişə indi istifadə olunan kubok olmayıb. 1930-cu ildən 1970-ci ilə qədərki 9 turnirdə, turnir fikrini irəli sürmüş FİFA prezidenti Jules Rimmetin şərəfinə qalibə onun adını daşıyan kubok verilirdi. Jules Rimmet kuboku II dünya müharibəsini bir FİFA rəsmisinin yatağının altında keçirmiş olsa da 1970-ci ildə DÇ-nin qalibi Braziliyaya veriləndən sonra yoxa çıxdı. Bu gün işlədilən kubok 1974-cü ildən bu yana verilən kubokdur. 
2) DÇ tarixində ən gözlənilməz hadisələrdən biri 1950-ci ildəki final oyununda Braziliya-Uruqvay mübarizəsinin nəticəsidir. Hər kəs Braziliyanın qalib gələcəyinə həddindən artıq əmin idi, hətta FİFA prezidenti qabaqcadan portuqalca təbrik nitqi belə hazırlamışdı. Amma nəticə heç də gözlənilən kimi olmadı, ilk qolu vuran Braziliya yığması daha sonra öz qapısında 2 qol gördü və 200 minlik azarkeş qarşısında Uruqvaya 2-1 məğlub oldu. 
3) Fransa yığmasının oyunçusu olmuş Zinəddin Zidan DÇ tarixində ən çox cəza almış oyunçudur. Üç turnirdəki 12 oyunda Zidan 4 dəfə sarı kart, 2 dəfə də qırmızı kart alıb. Ona qırmızı kartlardan biri 2006-cı ildə final oyununda italyan oyunçu Materassiyə kəllə vurandan sonra verilib. Sonradan açıqlama verən oyunçu bu əməlini Materrassinin onu təhqir etdiyinə görə törətdiyini deyib. Zidandan sonra isə ən çox cəzalandırılmış oyunçu 4 turnirdə 6 sarı kart almış braziliyalı Kafudur. Oyunçuları cəzalandırmaq üçün tətbiq edilən sarı və qırmızı kartlar ilk dəfə ingiliz hakimin təklifi ilə 1970-ci ildəki DÇ-də işlədilib. Kartların rəngi isə işıqforun rənglərinə görə seçilib- sarı xəbərdarlıq, qırmızı oyunda oynamağa qadağa deməkdir.
4) DÇ-nin ən təəccüblü anlarını düşünəndə həmişə 2 oyun yada düşür. ABŞ-ın 1950-ci ildə İngiltərəni 1-0, Şimali Koreyanın isə 1966-cı ildə İtaliyanı məğlub etməsi. “DÇ-2014”-də isə bunlara ən çox bənzəyən olay yəqin ki, Çilinin İspaniyanı məğlub edərək qrupda saxlamasıdır. 
5) “DÇ-2014”-dəki ən böyük himn 158 kupletlə Yunanıstana məxsusdur, amma musiqisi ən uzun olan himn Uruqvayındır.  Təbii ki, FİFA qaydalarına görə heç bir himn 90 saniyədən daha çox səsləndirilə bilməz. 
6) Bir DÇ-də bir oyunçu tərəfindən atılmış qol rekordu 56 ildir qırılmayıb. Bu rekordun sahibi isə 1958-ci il mundialında 13 qol vurmuş fransız Jüst Fontendir. 
7) Turnirə qatılan azarkeş rekordu hələ də ABŞ-dadır.1994-cü ildə ABŞ-da oynanan DÇ-nı izləyən futbol azarkeşlərinin sayı ümumilikdə 3.5 milyon, oyun başına isə 68,991 olub. 
8) Hollandiyadan başqa heç bir komanda qatıldığı DÇ-lərdə bu qədər çox sayda final oyunu uduzmayıb. (1974, 1978, 2010). Almaniya da 4 final oyununda uduzub, amma 3 oyunda qalib gəlib. 
9) 1970-ci ildən bəri DÇ topları DÇ təşkilatçıları tərəfindən hazırlanıb. “Adidas” şirkətinin hazırladığı və “Telstar” adını verdiyi ilk model isə o dövrün televizorlarında topun daha yaxşı görünməsi üçün ağ və qara rənglərdən ibarət idi. Bu il düzəldilmiş topa isə “Brazuka” adı verilib. Bu top Pakistanın Sialkot şəhərində bir fabrikdə qadınlar tərəfindən hazırlanır. Qiyməti 160 dollar olan bu topu hazırlayan qadınlar isə cəmi 100 dollar maaş alır.
10) İspaniya “DÇ-2014”-də qalib olaraq ölkəsinə 30 milyon dollar mükafat aparıb. Bu il kuboku qazanan komanda isə turnirin ev sahibi Braziliyanın 2002-ci ildə qalib olaraq qazandığı pulun 3 qatına, yəni 35 milyon dollara sahib olacaq. 
Hazırladı: Araz
"Yeni Müsavat"
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM