“Münhen atıcısı”nın kimliyi məlum oldu

10:33 | 23.07.2016
 “Münhen atıcısı”nın kimliyi məlum oldu

“Münhen atıcısı”nın kimliyi məlum oldu

Bu şəxs İran əsilli alman olub.

İyulun 22-də Münhendə ticarət mərkəzində ətrafındakı şəxslərə atəş açan silahlı şəxsin kimliyi müəyyənləşdirilib. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, hələlik "Münhen atışması”nın motivləri məlum deyil. 

Polis sözçüsü bildirib ki, bu şəxs İran əsilli alman olub. Onun sözlərinə görə, cinayət bir nəfər tərəfindən törədilib. Polis rəsmisi hadisə zamanı 21 nəfərin yaralandığını, 10 nəfərin öldüyünü təsdiq edib.

"Münhen atıcısı”nın ikili vətəndaşlığı olub. O, Almaniyanın və İranın vətəndaşı olub”, - bunu isə şəhər polisinin rəisi Xubertus Andre keçirdiyi mətbuat konfransında deyib. 

"18 yaşlı bu şəxsin həm İran və Almaniya vətəndaşlığı olub. O, 10 ildən çox idi Münhendə yaşayırdı”, - deyə polis rəisi əlavə edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb