Münhendə silahlı insident: ölən və yaralananlar var - YENİLƏNİB

21:53 | 22.07.2016
Münhendə silahlı insident: ölən və yaralananlar var - YENİLƏNİB

Münhendə silahlı insident: ölən və yaralananlar var - YENİLƏNİB

Polis Münhendə "Olympia” ticarət mərkəzində silahlı insident nəticəsində ölən və yaralıların  olduğunu təsdiqləyib.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onların sayı barədə hələ ki, rəsmi  məlumat verilmir.
 
İlkin məlumata görə, bir və yaxud bir neçə nəfər ticarət mərkəzinə daxil olaraq ətrafa atəş açıb.
 
Bununla belə şahidlər Münhenin ayrı-ayrı bölgələrində də atəş səslərinin eşidildiyini bildirir. 
 
***
 
20:50

Almaniyanın Münhen şəhərində silahlı insident baş verib.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb.
 
Bəzi KİV-lər hadisə nəticəsində 1 nəfərdən 15 nəfərədək insanın öldüyünü bildirir. Hadisə yerində əməliyyatın keçirildiyi qeyd olunur.   
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb