Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) martın 28-də, saat 15:00-da hərraca çıxarılacaq dövlət nəfinə müsadirə edilmiş əmlaklar haqqında məlumat yayıb.
Oxu.Az xəbər verir ki komitədən verilən məlumata əsasən, avtonəqliyyat vasitələrinin siyahısını təqdim edirik:
Səbail rayonu
1. "BMW-730” markalı, 10 DB 535 dövlət qeydiyyat nişanlı avtomobil. İlkin hərrac qiyməti 1600 manat, beh isə 160 manatdır.
2. "QAZ 31105801” markalı, 90 CU 407 dövlət qeydiyyat nişanlı avtomobil. İlkin hərrac qiyməti 5300 manat, beh isə 530 manatdır.
3. "Mercedes Benz C-200” markalı avtomobil. İlkin hərrac qiyməti 6500 manat, beh isə 650 manatdır.
4. "Toyota Camry” markalı avtomobil. İlkin hərrac qiyməti 9500 manat, beh isə 950 manatdır.
Xətai rayonu
1. "Peugeot 405 GLX” markalı avtomobil. İlkin hərrac qiyməti 1000 manat, beh isə 100 manatdır.
2."Opel Vectra” markalı CTC-144 dövlət qeydiyyat nişanlı avtomobil. İlkin hərrac qiyməti 1800 manat, beh isə 180 manatdır.
Nərimanov rayonu
1."Opel Vectra” markalı avtomobil. İlkin hərrac qiyməti 1100 manat, beh isə 110 manatdır.
Sumqayıt şəhəri
1. "Qazel” markalı avtomobil. İlkin hərrac qiyməti 3500 manat, beh isə 350 manatdır.
Qeyd edək ki, məlumat dərc olunduğu gündən hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlakla tanış olmaq və sifariş vermək üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciət edə bilərlər.
Hərraclarda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10 faiz həcmində beh ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !