Nadejda Savçenko Rusiya hərbçiləri ilə dəyişdirildi

15:53 | 25.05.2016
Nadejda Savçenko Rusiya hərbçiləri ilə dəyişdirildi

Nadejda Savçenko Rusiya hərbçiləri ilə dəyişdirildi

Ukraynalı pilot, Ali Radanın deputatı Nadejda Savçenkonun içində olduğu prezident təyyarəsi Rusiyanın Rostov şəhərindən havaya qalxaraq Kiyevə yola düşüb.
 
APA-nın xəbərinə görə, bu barədə UNN agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb. Rostovda N. Savçenkonu Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko və Ali Radanın sədr müavini İrina Geraşşenko qarşılayıblar.
 
Prezident Pyotr Poroşenkonun isə Kiyev hava limanında N. Savçenkonu qarşılayacağı xəbər verilir.
 
P. Poroşenko tərəfindən bu gün əfv edilən Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrov da gün ərzində Rusiya tərəfinə təhvil veriləcək. Artıq Rusiya hökuməti onları təhvil alıb, ölkəyə gətirmək üçün Kiyevə xüsusi təyyarə göndərib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb