Nalbandyan çətin vəziyyətə düşdü

16:59 | 03.05.2016
Nalbandyan çətin vəziyyətə düşdü

Nalbandyan çətin vəziyyətə düşdü

Finlandiyanın Helsinki Universitetində Ermənistan xarici işlər naziri Edvard Nalbandiyanın iştirakı ilə "Dağlıq Qarabağ münaqişəsində son vəziyyət” adlı konfrans keçirilib. 
 
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransa Finlandiya- Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlı, Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay, Vaasa Universitetinin tələbəsi Fərid Zülfiqarov, Aalto Universitetinin kimya mMühəndisliyi üzrə tədqiqatçısı Karhan Özdenkçi də qatılıb. F. Zülfüqarov çıxış edərək E. Nalbandyanın Dağlıq Qarabağın SSRİ dövründə Azərbaycana verilməsi ilə bağlı fikrinin tam yanlış fikir olduğunu vurğulayıb. O bildirib ki, hələ 1918-ci ildə Qafqaz ölkələri öz müstəqilliklərini əldə edərkən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsində olub. F. Zülfüqarov deyib ki, E. Nalbandiyanın səsləndirdiyi "Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun reallaşması” əslində Dağlıq Qarabağın işğalından başqa bir şey deyil və bu işğal faktı BMT və Avropa Parlamantinin müvafiq qətnamələri ilə tanınır.
 
F. Zülfiqarovun Ermənistan rəhbərliyinin danışıqlar prosesindən çəkilməsi ilə bağlı sualını isə erməni nazir cavablandıra bilməyib. O, Ermənistan rəhbərliyinin hər zaman Minsk Qrupunun, digər dövlətlərin və beynəlxalq qurumların təklif etdiyi həll yollarından imtina etməsi ilə bağlı da nazirə sual ünvanlayıb. Aalto Universitetinin tədqiqatçısı Karhan Özdenkçi isə Xocalı qırğınını xatırladaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə 600-dən çox insanın, uşaqların, qadınların, qocaların qətlə yetirilməsi ilə bağlı açıqlama verilməsini, Ermine Nagdalyanın Ermənistan parlamentində söylədiyi "Dağlıq Qarabağ Ermənistana aid deyil və Ermənistan silahlı qüvvələri oranı tərk etməlidir” fikrinə münasibət bildirilməsini istəyib. Nalbandiyan suallara hər zamankı kimi, aiddiyyatı üzrə olmayan cavablar verərək əsas mövzudan yayınmağa çalışıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti