• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Alman-Azərbaycan Xarici Ticarət Palatasının tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi

“Nar” Alman-Azərbaycan Xarici Ticarət Palatasının tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi
04.06.2024 18:27
"Nar” Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) 2 iyunda keçirilən tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib. Mərasim ölkə daxilində fəaliyyət göstərən müxtəlif sektorlardan olan özəl şirkətlərin və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib.

Tədbirdə şəbəkələşmə, əməkdaşlıq və yenilikçi ideyaların mübadiləsi üçün əhəmiyyətli platforma imkanları təqdim edilib. Kiçik və orta bizneslərin böyüməsini və səmərəliliyini dəstəkləmək üçün  "Nar”  xüsusi olaraq hazırlanmış telekommunikasiya həllərini nümayiş etdirib. Bu həllər "Nar”ın biznesləri sərfəli xidmətlərlə təmin etmək öhdəliyinin bir hissəsidir.

Tədbirdə fəxri qonaq qismində çıxış edən "Nar”ın baş icraçı direktoru Qunnar Panke AHK Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu vurğulayaraq bildirib: "Telekommunikasiya sahəsində müxtəlif ehtiyaclara uyğun xidmətləri sərfəlilik strategiyamıza əsasən formalaşdırırıq. Xidmət və məhsullarımız müştərilərimizə ünsiyyəti hər zaman daha yaxın edir. Çünki "Nar” sənə ən yaxındır”.
 
AHK Azərbaycan 2012-ci ildən etibarən Alman iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. 180-dən çox üzv şirkəti ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. "Nar”ın AHK Azərbaycan ilə əməkdaşlığının əsas məqsədi ölkənin biznes mühitinin inkişafına dəstək olmaqdır.
 
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının bu ərazilərində üç gün su olmayacaq
Cəmiyyət 22:41
Bakının bu ərazilərində üç gün su olmayacaq
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Cəmiyyət 20:56
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb
Cəmiyyət 19:30
Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:37
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 17:25
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Çaylardan sel keçəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 15:08
Çaylardan sel keçəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 14:14
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb
Cəmiyyət 13:35
Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:41
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol