"Nar” Azərbaycan Dövlət İqtisad
Universiteti tərəfindən fiziki məhdudiyyətli tələbələr üçün təşkil edilmiş əmək
yarmarkasında iştirak edir. Mobil operator 50-dək şirkətin iştirak etdiyi
yarmarkada satışın analitikası üzrə mütəxəssis, kiçik və orta müəssisələr üzrə
mütəxəssis və müştəri xidmətləri təmsilçisi vəzifələrinə sənəd qəbulu elan edir.
Eyni zamanda, mobil operator tələbələrə satış və marketinq sahələri üzrə yay
proqramı təklif edir. Mayın 5-də, "Park Inn” otelində keçirilən yarmarka saat
10:00-dan etibarən açıqdır. Yarmarkaya giriş sərbəstdir.
Fiziki məhdudiyyətli gənclərə
xüsusi diqqətlə yanaşan "Nar” onların cəmiyyətə inteqrasiya edilməsi yönündə
layihələr həyata keçirir. Bu mənada, "Nar”-ın Bakı, Zaqatala və Göygöl
şəhərlərində həyata keçirdiyi "Fiziki məhdudiyyətli gənclər üçün təlim
məktəbləri” layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bu cür layihələri həyata
keçirməklə yanaşı, mobil operatorun özündə də fiziki məhdudiyyətli gənclər
müxtəlif vəzifələrdə çalışır.
Qeyd edək ki, daha öncə ADA universitetində
keçirilmiş tələbələr üçün əmək yarmarkasında "Nar” "Ən yaxşı işəgötürən şirkət”
mükafatına layiq görülmüşdü. Mobil operatorun həyata keçirdiyi layihələr
haqqında daha ətraflı nar.az internet səhifəsindən məlumat əldə etmək olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !