"Nar” YAŞAT Fondu ilə birgə bütün ölkə ərazisində yeni
dərs ilinin ilk günü münasibətilə qəhrəman şəhidlərimizin övladlarını təbrik
edib və onlara zəruri dərs ləvazimatları hədiyyə edib. Bu təşəbbüslə "Nar” şəhidlərimizin
əziz xatirəsini yaşadaraq, onların övladlarının yeni tədris ilinə sevinc və ruh
yüksəkliyi ilə başlamasına dəstək olub.
"Nar”ın dəstəyi ilə təşkil edilən layihə çərçivəsində
792 şəhidin 1-11-ci siniflərdə təhsil alan 1365 məktəbli övladına dərs ləvazimatlarından
ibarət hədiyyə qutuları xüsusi qürurla təqdim edilib.
"Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət
departamentinin direktoru Hökümə Kərimova məktəbliləri təbrik edib və bildirib:
"Məqsədimiz qürur mənbəyimiz olan şəhidlərimizin övladlarının gələcəyə ümidlə
baxaraq dərslərinə daha böyük həvəslə və tam hazırlıqlı başlamasını təmin etməkdir.
Bu yeni tədris ilində onlara böyük uğurlar arzulayırıq və bilirik ki, hər biri qarşıda
çoxsaylı nailiyyətlər qazanacaq”.
"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !