• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

“Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!

“Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!
19.09.2023 13:25
İndi siz köhnə smartfonunuzu "Nar” mağazalarında sərfəli qiymətə və rahat şəkildə sata bilərsiniz. "Nar” mağazasında telefonunuzun dəyərləndirilməsi xüsusi tətbiq vasitəsilə, şəffaf və sürətli aparılır.

Tətbiq bir çox parametrlər üzrə smartfonunuzu yoxlayır və müvafiq qiyməti təyin edir. Smartfonunuzu elə yerindəcə təyin olunmuş qiymətə təhvil verə və ödənişinizi dərhal əldə edə bilərsiniz. Üstəlik, xidmətdən yararlanan hər bir "Nar” abunəçisi 30GB-dək internet bonusu əldə edəcək.

Bu xidmət Türkiyənin "EasyCep” şirkətilə "Nar”ın əməkdaşlığı çərçivəsində həyata keçirilir. Beləliklə, "Nar” Azərbaycanda işlənmiş telefonların alışını rəsmi şəkildə həyata keçirməyə başlayan ilk mobil operator oldu.

Telefonunuzu sərfəli şəkildə satmaq üçün "Nar”ın Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən 19 eksklüziv diler mağazalarından birinə yaxınlaşmaq kifayətdir.

Qeyd edək, "EasyCep” Türkiyənin ən böyük yenilənmiş elektronik cihaz satış şəbəkəsidir. Şirkət mobil telefon, planşet, noutbuk və bənzər cihazların sahibindən satın alaraq yenilənmiş şəkildə və zəmanətlə şatışını həyata keçirir.

"Nar” və "EasyCep” şirkətləri arasında əməkdaşlıq müştərilərinə müxtəlif xidmətləri bir mərkəzdən göstərmək və üstün müştəri təcrübəsini təmin etmək məqsədi daşıyır.

"Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidməti göstərir. "Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkənin lider mobil operatorudur. Mobil operator müştəri yönümlü strategiyaya sadiqdir və sərfəli qiymətə əla xidmət təklif edir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:30
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Cəmiyyət 20:52
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 17:24
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Cəmiyyət 14:15
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol