Nardaranda həlak olan polis əməkdaşlarının adları məlum oldu

12:23 | 27.11.2015
Nardaranda həlak olan polis əməkdaşlarının adları məlum oldu

Nardaranda həlak olan polis əməkdaşlarının adları məlum oldu

 Bakının Nardaran qəsəbəsində baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşlarının adları məlum olub.
 
APA-nın məlumatına görə, onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları – Vüqar Nəsibov və İsmayıl Tağıyevdir.
 
Hər iki polis zabiti bu gün saat 12.00-da II Fəxri Xiyabanda dəfn olunacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM