Nardaranda vəziyyət sabitləşir

10:44 | 02.12.2015
Nardaranda vəziyyət sabitləşir

Nardaranda vəziyyət sabitləşir

Artıq bu gün səhər saatlarından başlayaraq Nardaran sakinlərinin girib-çıxmalarına icazə verilib.

Trend-in Nardaranda olan əməkdaşını verdiyi məluamat görə, avtomobillər və qəsəbə sakinləri sənədləri giriş-çıxışdakı Post Patrul Xidməti və Çevik Polis Alayı əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra hərəkət edə bilirlər.

Qeyd edək ki, ötən gün saat 08:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.

Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM