Nardaranda xüsusi əməliyyat - FOTOLAR

14:25 | 01.12.2015
Nardaranda xüsusi əməliyyat - FOTOLAR

Nardaranda xüsusi əməliyyat - FOTOLAR

ANN.Az-ın Nardaranda olan fotomüxbirinin verdiyi xəbərə görə, keçirilən xüsusi əməliyyatla bağlı Sabunçu dairəsi, Maştağa qəsəbəsinə gedən yollar bağlanıb. 

Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin yaydığı birgə məlumatında deyilir ki, dekabrın 1-də səhər saat 8.00-da hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirilməsinə başlayıb. Məlumatda bildirilir ki, plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub. Müəyyən edilmiş yerlərdə postlar qoyulub. Hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir. 

Son məlumata görə, qəsəbədəki ziyarətgaha qədər zirehli texnika düzülüb.

ANN.Az-ın fotomüxbirinin qəsəbəyə giriş hissəsindən çəkdiyi fotoları oxuculara təqdim edirik:
 
 

 

 

 

 
 
 
 
Fotoların müəllifi Fərqanə Novruzovadır

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM