Natiq Cəfərli REAL partiyasının yeni sədri keçildi

12:04 | 23.09.2024
Natiq Cəfərli REAL partiyasının yeni sədri keçildi

Natiq Cəfərli REAL partiyasının yeni sədri keçildi

Natiq Cəfərli Respublikaçı Alternativ (REAL) Partiyasının sədri seçilib. Bu barədə partiyanın rəsmi facebook hesabında paylaşım edilib. 
 
Bildirilib ki, partiyanın iclasında yekdil olaraq Natiq Cəfərlinin sədr seçilməsinə qərar verilib. Cəfərli lider olaraq fəaliyyətinə oktyabrın 1-dən başlayacaq. 
 
Partiyanın indiyə qədər sədri İlqar Məmmədov olub. Məmmədov Azərbaycanda növbədənkənar parlament seçkilərindən sonra istefa verməsi ilə bağlı qərar verib və sentyabrın 12-də istefasını açıqlayıb. Syasətçi bunu seçkilərdə aşkar etdiyi nöqsanların MSK tərəfindən qəbul edilməməsi ilə əlaqələndirib. 
 
Natiq Cəfərli növbədənkənar Parlament seçkilərində iştirak edib. O rəqibi Zahid Oruca məğlub olub. 
 
İlqar Məmmədov bildirib ki, bundan sonra fəaliyyətini partiya daxilində davam etdirəcək. 
 
REAL partiyası 2008-ci ildən təsis edilib. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür