NATO Rusiya sərhədində hərbi baza yaradır

09:30 | 25.07.2014
NATO Rusiya sərhədində hərbi baza yaradır

NATO Rusiya sərhədində hərbi baza yaradır

Rusiya sərhədinə doğru çevik reaksiya infrastrukturunu yaxınlaşdırmaq məqsədilə şərq cinahında iri hərbi baza yaratmağı planlaşdırır.APA-nın məlumatına görə, bu barədə İTAR-TASS NATO-nun Avropadakı birləşdirilmiş silahlı qüvvələrinin baş komandanı,  general Filip Bridlava istinadən məlumat yayıb.“Mümkün yerləşdirilmə məntəqələri müzakirə olunur, lakin bazanın Polşanın Baltik dənizi  sahilindəki Şetsin liman şəhərində yerləşəcəyi daha çox ehtimal olunur”, deyə general qeyd edib.Bundan başqa, Bridlav bildirib ki, bazada silah-sursat və ərzaq ehtiyatları yerləşdirmək planlaşdırılır. Məsələnin NATO-nun Böyük Britaniyada keçiriləcək sammitində müzakirəyə çıxarılacağı gözlənilir.   ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM