NATO: Suriya əməliyyatını dəstəkləyirik

16:40 | 14.04.2018
NATO: Suriya əməliyyatını dəstəkləyirik

NATO: Suriya əməliyyatını dəstəkləyirik

NATO baş katibi Yans stoltenberq ABŞ, İngiltərə və Fransanın Suriyada başlatdığı hərbi əməliyyatları dəstəklədiyini bildirib.

Anews.az bu barədə dünya mətbuatına istinadın xəbər verir.

"ABŞ, İngiltərə və Fransanın Suriya rejiminə qarşı başlatdığı əməliyyatları dəstəkləyirəm. Bu, rejimin Suriya xalqına qarşı kimyəvi silahlarla hücumuna əngəl olacaq. Kimyəvi silahlardan istifadə qəbuledilməzdir.

NATO kimyəvi silahlardan istifadəni beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid olaraq görür. Kimyəvi Silah Razılaşmasını qorumağın önəmli olduğuna inanırıq. Buna beynəlxalq ictimaiyyət tərəfindən kollektiv və təsirli bir şəkildə cavab verilməlidir”, - baş katib qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb