Naxçıvanda seçkilərdə səsverməyə start verildi

09:13 | 01.11.2015
Naxçıvanda seçkilərdə səsverməyə start verildi

Naxçıvanda seçkilərdə səsverməyə start verildi

Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Milli Məclisinə və MR Ali Məclisinə seçkilərdə səsverməyə start verilib.
 
"Report”un xəbərinə görə, Naxçıvan üzrə seçicilərin sayı 268 min 463 nəfərdir. Bunlardan 137 min 454 nəfəri qadın, 131 min 9 nəfəri isə kişidir. 4 799 nəfəri ilk dəfə səs verən seçicilərdir.

Azərbaycan Milli Məclisinə seçkilərdə Naxçıvan MR-dən 7 seçki dairəsi üzrə 29 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərin partiya mənsubiyyətinə görə 5 nəfəri Yeni Azərbaycan Partiyasının, 16 nəfəri müxalifət partiyalarının nümayəndələri, 8 nəfəri isə bitərəflərdir.

MR Ali Məclisinə seçkilərdə 45 seçki dairəsi üzrə 135 namizəd mübarizə aparır. Namizədlərin 44 nəfəri Yeni Azərbaycan Partiyasının, 46 nəfəri müxalifət partiyalarının nümayəndələri, 45 nəfəri isə bitərəflərdir.

Azərbaycan Milli Məclisinə və Naxçıvan Ali Məclisinə seçkilər üzrə 292 açıq və 24 qapalı seçki məntəqəsi yaradılıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM