Naxçıvanda yeni qurum yaradıldı

11:27 | 23.10.2015
Naxçıvanda yeni qurum yaradıldı

Naxçıvanda yeni qurum yaradıldı

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. 

"Report”un xəbərinə görə, fərman məhkəmə ekspertizası sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə verilib.

Sənədə əsasən, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan Filialının əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi yaradılıb.

Fərmanla "Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi haqqında Əsasnamə” də təsdiq edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM