Naxçıvanın daxili işlər naziri ev dustaqlığına götürüldü

08:30 | 17.07.2017
Naxçıvanın daxili işlər naziri ev dustaqlığına götürüldü

Naxçıvanın daxili işlər naziri ev dustaqlığına götürüldü

Naxçıvan Muxtar Respublikasında daxili işlər naziri general-leytenant Əhməd Əhmədov vəzifədən çıxarılıb və ev dustaqlığına götürülüb, bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildirilib.

Naxçıvanın Daxili İşlər Nazirliyi başçısının vəzifələrini hazırda Əhməd Əhmədovun müavini icra edir.

Məlumatda o da bildirilir ki, muxtar respublikanın polisində yoxlamalar aparılır.

Qeyd edək ki, Əhməd Əhmədov Naxçıvanın Daxili İşlər Nazirliyinə 2000-ci ildən başçılıq edirdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM