Naxçıvan şəhərinə yeni rəis təyin olundu

14:25 | 25.02.2014
Naxçıvan şəhərinə yeni rəis təyin olundu

Naxçıvan şəhərinə yeni rəis təyin olundu

Naxçıvan MR-in Daxili İşlər Nazirliyində mühüm kadr dəyişikliyi baş verib. "AzNews.az" məlumat verir ki, Naxçıvan Şəhəri Polis İdarəsinə yeni rəis təyinatı aparılıb. Bu vəzifəyə Babək rayon Polis idarəsinin keçmiş rəisi polis polkovniki Cavid Qasımov gətirilib.  Xatırladaq ki, uzun illər Naxçıvan Şəhəri Polis İdarəsinin rəisi vəzifəsini icra etmiş Səbuhi Qasımovun MR-in Daxili İşlər Nazirliyinin müavini təyin edilməsindən sonra onun yeri boş qalmışdı. Yeni təyin olunan Cavid Qasımov Naxçıvan MR-in Daxili İşlər naziri Əhməd Əhmədovun kadrı hesab olunur. Məlumata görə, Cavid Qasımov vəzifəyə təyin edildikdən sonra İdarədə ciddi kadr dəyişikliyi aparıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM