Naxçıvanda zabit zabiti güllələdi

12:30 | 13.02.2014
Naxçıvanda zabit zabiti güllələdi

Naxçıvanda zabit zabiti güllələdi

Azərbaycan Ordusunun hərbçisi zabit yoldaşını güllələyib.APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin zabiti, leytenant Emin Hümbətovun əlindəki silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Nəticədə güllə onun zabit yoldaşı, baş-leytenant Samir Məmmədova dəyib. Bir güllə yarası alan zabit hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılırANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM