Nazir: "Azərbaycanın kənd təsərrüfatında inqilabi dəyişikliklər olacaq"

15:55 | 29.01.2016
Nazir:

Nazir: "Azərbaycanın kənd təsərrüfatında inqilabi dəyişikliklər olacaq"

Heydər Əsədov: Azərbaycan xarici təcrübəni öyrənəcək

Yaxın illərdə Azərbaycanın kənd təsərrüfatı sahəsində inqilabi dəyişikliklər olacaq. "Report"un məlumatına görə, bunu Bakıda keçirilən "Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi" mövzusunda əməkdaşlıq konfransında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
Nazir deyib ki, son dövrdə baş verən hadisələr aqrar sektorda yeni imkanlar yaradır. 

"Aqrar sektor ölkəni təkcə kənd təsərrüfatı məhsulları ilə təmin etmək deyil, həmçinin ölkəyə valyutanın daxil olmasına, məşğulluğun artmasına təkan verəcək. Bu sahədə konkret planlar var. Düzdür, bu sahədə bizdən əvvəl təcrübəsi olan ölkələr var, biz də onların təcrübəsini öyrənəcəyik ", - deyə H.Əsədov qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb