Nazir: Bakı məktəblərində yeni standartlar tətbiq olunacaq

14:05 | 04.12.2013
Nazir: Bakı məktəblərində yeni standartlar tətbiq olunacaq

Nazir: Bakı məktəblərində yeni standartlar tətbiq olunacaq

“Təhsil sistemində və prosesində uşaqların təhsil, təlim, tərbiyəsi ilə yanaşı onların fiziki sağlamlığı da vacibdir.

Çünki onlar millətin gələcəyidir. Bu baxımdan da Azərbaycanda “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tətbiqi ilə bağlı məsələyə diqqət etmək və nəzarəti həyata keçirmək üçün müəyyən işlər görülür”.

 

Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, ilkin mərhələ artıq başlayıb və Bakıda yerləşən 320-dən çox dövlət məktəbində qida standartlarının tətbiqi ilə bağlı tam unifikasiya işlərinin həyata keçirilməsi üçün özəl operatorların bu işə cəlb edilməsinə başlanılıb. Nazirin sözlərinə görə, yanvarın 1-dən bu proses bütün məktəbləri əhatə edəcək: “Bakı məktəbləri ölkədə yerləşən məktəblərin cəmi 8%-ni əhatə etməsinə baxmayaraq, orada oxuyan şagirdlərin sayı 27%-dən çoxdur. Ona görə də biz bu layihənin 1-ci mərhələsini Bakı şəhərini əhatə etməklə proseslərin böyük hissəsini əhatə etmiş oluruq. Ölkənin digər ərazisində bu tədris ili ərzində standartların tam həcmdə tətbiq olunması üçün işləri başa çatdırmalıyıq”.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM