Nazir: "Geri çağırılan 32 diplomat Türkiyəyə qayıtmayıb"

14:53 | 12.08.2016
Nazir:

Nazir: "Geri çağırılan 32 diplomat Türkiyəyə qayıtmayıb"

"Türkiyəyə geri çağırılan, lakin səbəbsiz, icazəsiz olaraq geri qayıtmayan diplomatların sayı 32-dir".
 
APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə keçirdiyi mətbuat konfransında deyib.
 
Nazir bildirib ki, ümumilikdə 208 diplomat geri çağırılıb.
 
O, həmçinin Banqladeşdəki türk diplomatların ABŞ və Rusiyaya qaçması məsələsinə də toxunub: "Banqladeşdəki səfirliyimizdə çalışan 3 diplomatımızı geri çağırmışdıq. Onlardan biri qayıtdı və burada işə başladı, ikisi isə ABŞ-a qaçıb. Diplomatın Rusiyaya qaçması ilə bağlı məlumatı yeni almışıq və bunu detallı şəkildə araşdırırıq”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb