Nazir müavini təhsilin səviyyəsindən gileyləndi

16:48 | 16.12.2015
Nazir müavini təhsilin səviyyəsindən gileyləndi

Nazir müavini təhsilin səviyyəsindən gileyləndi

"Azərbaycan təhsili bu gün lazım olan səviyyədə deyil. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının orta məktəblərin IX-XI siniflərində keçirdiyi imtahanlar zamanı yekun nəticələrə baxdıqda görürük ki, keyfiyyət göstəriciləri bu gün üçün lazım olan səviyyədə deyil”. 

Modern.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

O bildirib ki, bu il universitetlərə qəbul olan abituriyentlərin nəticələri yaxşı olmasına baxmayaraq, yenə də təhsilin keyfiyyəti lazımi səviyyəyə qalxmayıb: 

"Eyni zamanda, qeyd etməliyəm ki, son vaxtlar birinci siniflərə gələnlərin sayında azalma müşahidə olunsa da, bu il məktəbə qədəm qoyan şagirdlərin sayı 12 faiz artıb. Ali məktəblərə bu il qəbul olan abituriyentlər arasında 500 və bu göstəricidən çox bal toplayanların sayı keçən ilə nisbətən 37 faiz artıb. Bu göstərici bizi nikbin olmağa sövq edir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür