Dekabrın 17-də Türkiyə polisinin rüşvət, korrupsiya və qaçaqmalçılıq ittihamı ilə keçirdiyi əməliyyat zamanı saxlanılan daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülərin evində aparılan axtarış zamanı çəkilən fotolar yayılıb.APA-nın “Radikal” qəzetinə istinadən verdiyi məlumata görə, B. Gülərin evindəki seyflərdə külli miqdarda dollar, avro və türk lirəsi, eyni zamanda pulsayan aparat aşkarlanıb. Pullar müsadirə edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !