Nazir sülh sənədində açıq qalan iki maddədən danışıb

14:06 | 12.12.2024
Nazir sülh sənədində açıq qalan iki maddədən danışıb

Nazir sülh sənədində açıq qalan iki maddədən danışıb

Azərbaycan sülh müqaviləsi sənədində açıq qalan 2 maddə ilə bağlı ermənistanla danışıqları davam etdirik, hələlik müsbət bir nəticə yoxdur. Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.  
 
"Sülh müqaviləsi ilə bağlı layihə 17 madədədən ibarətdir. 15 maddə tam razılaşdırılıb. 2 maddə üzrə açıq suallar qalır. Son müddət ərzində həmin açıq suallar üzrə işlər davam edir. Artıq bir neçə raund danışıqlar həyata keçirilib. Hələki tam bir razılaşdırılmış varinat əldə etmək mümkün olmayıb", - nazir bildirib. 
 
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Bakı sülh sazişi layihəsinin 90%-ni razılaşdırıblar.


Bundan əvvəl Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib. Bu sayca 11-ci təkliflər paketidir. 
 
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ümid edib ki, Ermənistan və Azərbaycan yaxın vaxtlarda bütün sülh sazişi layihəsini razılaşdıra biləcəklər. 
 
Oktyabrın 24-də Paşinyan və Əliyev Kazanda keçirilən BRICS sammiti çərçivəsində görüş keçirərək xarici işlər nazirlərinə sazişin imzalanması üçün layihəni tamamlamaq tapşırığını veriblər. Bundan əvvəl Ermənistan hökumət başçısı sənədin 80-90% razılaşdırıldığını bəyan edib.
 
Bundan əvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə Azərbaycana təklif edib ki, sülh razılaşdırılmış bəndlər üzərinə imzalansın. 
 
Paşinyana cavab olaraq Azərbaycan prezidenti bildirib ki, sülh sazişinin razılaşdırılmış bəndləri üzrə müqavilə bağlanması təklifini reallıqdan kənardır. 
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sülh sənədi layihəsinin 80%-i artıq razılaşdırılıb. Sadəcə açıq qalan 2 məsələ var. 
 
Hazırda iki ölkə arasında danışıqlar prosesi davam edir. 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM