Nazir: “Tədris müddəti bu dərs ilində artırılmayacaq”

13:56 | 16.12.2013
Nazir: “Tədris müddəti bu dərs ilində artırılmayacaq”

Nazir: “Tədris müddəti bu dərs ilində artırılmayacaq”

 Bu dərs ilində tədris müddətinin artırılması ilə bağlı heç bir dəyişiklik olmayacaq. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, dərs ilinin müddətinin növbəti tədris ilindən 2-3 həftə artırılması gözlənilir. Bunun bir sıra səbəblərinin olduğunu deyən nazir qeyd edib ki, inkişaf etmiş bir çox ölkə ilə müqayisədə Azərbaycanda akademik il çox qısadır: “Bu da şagirdlərə əlavə tədris yükü deməkdir. Ona görə də hesab edirik ki, növbəti tədris ilindən dərs ilinin uzadılması tədris prosesinin keyfiyyətinin artırılmasına yönələn addımlardan biridir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM