Nazirlər Kabineti toplanır - “Sovetski”yə görə

12:43 | 04.03.2014
Nazirlər Kabineti toplanır - “Sovetski”yə görə

Nazirlər Kabineti toplanır - “Sovetski”yə görə

Bakının “Sovetski” məhəlləsindəki söküntü ilə bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında qaldırılıb.APA-nın məlumatına görə, iclasda çıxış edən deputat İqbal Ağazadə bildirib ki, sakinlərə verilən kompensasiya onların yeni mənzillə təmin olunmalarına imkan vermir. Deputat qeyd edib ki, kompensasiyaların miqdarına yenidən baxılmalıdır: “Heç olmasa evlərinin kvadratmetri az olanlara ev verilsin. Bu insanları dədə-baba evlərindən çıxararaq az miqdarda pul verməklə narazı kütlə yaratmağın nə anlamı var? Mən təklif edirəm ki, bu məsələ ilə bağlı parlament olaraq Nazirlər Kabinetinə müraciət edək, buna yenidən baxılsın”. Deputata cavab verən spiker Oqtay Əsədov bildirib ki, bir-iki günə Nazirlər Kabinetinin bununla bağlı xüsusi iclası olacaq və parlamentə nəticəsi bildiriləcək: “Heç kim oradan məcburi köçürülməyəcək. Biz Nazirlər Kabinetinin həmən iclasının nəticəsini gözləyirik. Lazım gələrsə, əlbəttə ki, parlament olaraq biz də bu barədə sözümüzü deyəcəyik”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM