Nazirlər Kabinetindən “ağıllı telefon” AÇIQLAMASI

17:14 | 13.01.2014
Nazirlər Kabinetindən “ağıllı telefon” AÇIQLAMASI

Nazirlər Kabinetindən “ağıllı telefon” AÇIQLAMASI

“SMART və Android telefonların Nazirlər Kabinetində qadağan edilməsi təhlükəsizlik tədbirləri ilə bağlıdır. Bizə tapşırıq verilib və 2 ay bundan qabaq həmin tipli telefonlardan istifadə edənlər mobil cihazlarını əvəzləyiblər”. Bu sözləri “Axar.az”a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli dedi. O bildirdi ki, qərarın hansı əsaslara dayanaraq verilməsi barədə mətbuat xidmətində heç bir məlumat yoxdur:“Bizə bu tapşırığı veriblər. Ancaq onun səbəbini açıqlamayıblar. Bu qərar Xüsusi Dövlət Mühafizə Xidməti tərəfinin təklifi əsasında verilib. Sadəcə, onu deyiblər ki, bu təhlükəsizlik ilə bağlıdır. Daha heç bir detalı açıqlamayıblar”. Xatırladaq ki, analoji qərar daha öncə Milli Məclis və Prezident Administirasiyasında da verilib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM