Nazirlər Kabinetindən ixtiralarla bağlı qərar

10:49 | 17.07.2014
Nazirlər Kabinetindən ixtiralarla bağlı qərar

Nazirlər Kabinetindən ixtiralarla bağlı qərar

Haqqın ödənilməsi ilə bağlı yaranan mübahisələrə məhkəmədə baxıla biləcək

Azərbaycan  Nazirlər Kabineti "Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları"nda dəyişikliklər edilməsi ilə bağlı qərar verib. 

ANS PRESS-in məlumatına görə, dəyişikliyə əsasən haqqın ödənilməsi ilə bağlı yaranan mübahisələrə inzibati qaydada və məhkəmədə baxıla biləcək. 

Bununla yanaşı daha bir dəyişikliyə görə, "Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş haqqın" sözləri "Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilmiş xidmət haqqının (ödənişin)" sözləri ilə əvəz edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM