Nazirlik 11 obyekti bağladı

13:17 | 04.11.2015
Nazirlik 11 obyekti bağladı

Nazirlik 11 obyekti bağladı

Səhiyyə Nazirliyi gigiyenik qaydalara riayət etməyən 29 müəssisəni cəzalandırıb.

Bu barədə Oxu.Az nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, sentyabrda 39 qida zəhərlənməsi baş verib, nəticədə 66 nəfər zəhərlənib. Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) 11 obyektin fəaliyyətini dayandırıb, 1 nəfər isə işdən çıxarılıb.

RGEM ictimai iaşə mərkəzlərində, yeməkxana və şadlıq evlərində də yoxlamalar aparıb. Götürülmüş nümunələrdən 4-ündə normalardan kənara çıxma müəyyən olunub.

2 botulizm hadisəsi baş verib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM