Nazirlik “Azercell-Telekom”u məhkəməyə verməsinə aydınlıq gətirdi

19:42 | 27.02.2014
Nazirlik “Azercell-Telekom”u məhkəməyə verməsinə aydınlıq gətirdi

Nazirlik “Azercell-Telekom”u məhkəməyə verməsinə aydınlıq gətirdi

Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinin “Azercell-Telekom” MMC-ni məhkəməyə verməsi barədə xəbərlər yayılıb. Yayılan məlumatlara aydınlıq gətirmək üçün mərkəzlə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının ANS PRESS-ə verdiyi məlumata görə, əslində yayılan məlumatlarda müəyyən yanlışlıq var.Belə ki, əlsində Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinin “Azercell-Telekom” MMC-ni məhkəməyə verməyib. Qurum “Azercell-Telekom”un əməkdaşını məhkəməyə verib.“”Paytaxtın Salamzad küçəsində yol qəzası baş verib. 3 avtomobil toqquşub. Onlardan biri də, “Azercell-Telekom”a məxsus maşındı. Bu zaman həmin ünvanda yerləşən avtobus dayanacağı aşıb. Buna görə də, bizə maddi ziyan dəyib. Bu səbəbdən həmin 3 şəxs məhkəməyə verilib. Onlardan 2-si fiziki, digəri isə “Azercell-Telekom”un əməkdaşıdır. Bizim “Azercell-Telekom” ilə şirkət olaraq heç bir problemimiz yoxdu”, - deyə Şəfa Mehmanqızı bildirib.Qeyd edək ki, məhkəmə işi Yasamal rayon Məhkəməsində baxılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM