Nazirlik deputatın iradını cavabsız qoymadı

16:10 | 06.02.2014
Nazirlik deputatın iradını cavabsız qoymadı

Nazirlik deputatın iradını cavabsız qoymadı

Milli Məclisin son plenar iclasında millət vəkili Sabir Rüstəmxanlı hazırda Azərbaycanda 80-100 min nəfərin rus dilində təhsil aldığı barədə çıxış edib. O, həmin rusdilli məktəblərin dövlət tərəfindən maliyyələşdirildiyini doğru saymayıb.

Təhsil naziri Mikayıl Cabbarov millət vəkilinin bu iradını cavabsız qoymayıb.  

Modern.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, Azərbaycanın ümumtəhsil məktəblərində tədris 3 dildə – Azərbaycan, rus və gürcü dillərində aparılır. Həmin məktəblərin hamısında Azərbaycanın dövlət təhsil standartları tətbiq olunur.

Nazirlikdən onu da qeyd ediblər ki, tədris dilləri müxtəlif olsa da, bunlar Azərbaycan məktəbləridir və təbii ki, ümumtəhsil məktəbləri dövlət tərəfindən maliyyələşdirilir.

Modern.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM