Nazirlik Ebola ilə bağlı hansı hazırlıqlar görüb? – Rəsmi

23:12 | 21.10.2014
Nazirlik Ebola ilə bağlı hansı hazırlıqlar görüb? – Rəsmi

Nazirlik Ebola ilə bağlı hansı hazırlıqlar görüb? – Rəsmi

Səhiyyə Nazirliyi Ebola virusu ilə bağlı qabaqlayıcı tədbirlərə başlayıb. Bu barədə Axar.az-a Taun Əleyhinə Dispanserin Direktoru Rakif Abdullayev bir çox ölkəni cənginə alan Ebola virusuna qarşı nazirliyin gördüyü işlər barədə danışarkən dedi. R.Abdullayevin sözlərinı görə, hələ bu virusa yoluxma halı müşahidə edilməyib: “Qaynar xəttimiz 24 saat  fasiləsiz işləyir. Ancaq hələ ki, heç bir müraciət edən olmayıb”. Dispanserin direktoru qeyd edib ki, Ebola virusu ilə bağlı qabaqlayıcı tədbirlər məqsədilə laboratoriyalar tam hazır vəziyyətə gətirilib: “Hansısa bir ehtimal yarandığı zaman bunun qarşısının alınması üçün bütün hazırlıqlar görülüb. Xüsusi işçi qüvvəsi də ayrılıb, geyimlər gətirilib. Bundan başqa, palata da tam hazır vəziyyətə gətirilib”. Qeyd edək ki, Ebola qızdırması müalicəsi olmayan, qanla, hava damcı yolu ilə, həmçinin yoluxmuş insanın əşyalarından keçə bilən olduqca təhlükəli virusdur. Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti