Nazirlik: Hərbi qulluqçular arasında epidemik parotit xəstəlikləri aradan qaldırılıb

22:00 | 04.03.2014
Nazirlik: Hərbi qulluqçular arasında epidemik parotit xəstəlikləri aradan qaldırılıb

Nazirlik: Hərbi qulluqçular arasında epidemik parotit xəstəlikləri aradan qaldırılıb

 Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələrinə daxil olan gənc əsgərlərlə bağlı görülən tibbi profilaktik təbdirlər nəticəsində hərbi qulluqçular arasında difteriya, qızılca, epidemik parotit xəstəlikləri aradan qaldırılıb.Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib. V. Dərgahlının sözlərinə görə, son illər hərbi qulluqçular arasında kəskin respirator və digər soyuqdəymə xəstəlikləri isə mühüm dərəcədə azalıb. «Hərbi kollektivlərdə yayılma ehtimalı yüksək olan uşaq infeksion xəstəliklərinə, kəskin respirator, pnevmoniya və digər soyuqdəymə xəstəliklərinə qarşı peyvənd tədbirləri həyata keçirilir», - deyə V. Dərgahlı qeyd edib. Nazirlik sözçüsü on də əlavə edib ki, bu tədbirlərlə yanaşı kəskin respirator, pnevmoniya və digər soyuqdəymə xəstəliklərinə qarşı bütün gənc əsgərlərin hər ay bisilinoterapiya və orqanizmin vitaminləşdirilməsi aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM