Nazirlik ibtidai təhsil müəllimləri üçün ixtisasartırma kursları təşkil edib

14:47 | 08.09.2015
Nazirlik ibtidai təhsil müəllimləri üçün ixtisasartırma kursları təşkil edib

Nazirlik ibtidai təhsil müəllimləri üçün ixtisasartırma kursları təşkil edib

Təhsil Nazirliyi "Təməl” təqaüd proqramı çərçivəsində ibtidai təhsil müəllimlərinin peşəkar inkişafını təmin etmək məqsədilə ixtisasartırma kursları təşkil edib.
 
ANN.Az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, ixtisasartırma kursuna hədəf qrupu kimi cari ildə IV siniflərdə dərs deyən 114 nəfər müəllim cəlb olunub. Əsasən paytaxtın ətraf yaşayış məntəqələrində yerləşən məktəblərdə çalışan müəllimlərin iştirak etdiyi kurslar 5 təlim mərkəzində keçirilib.
 
 
Almaniyadan dəvət edilmiş praktik psixoloq Qalina Heynzelman müdavimlərlə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.
 
 
İxtisasartırma kursunun yekununda müdavimlərin qiymətləndirilməsi aparılıb. Ümumilikdə, 114 nəfər müdavimdən 113-ü qiymətləndirmədə iştirak edib, onlardan 65 nəfəri (57 faiz) yaxşı nəticə göstərib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM