Nazirlik Karvansaraydakı biabırçılıqla bağlı açıqlama verdi

14:21 | 15.07.2014
Nazirlik Karvansaraydakı biabırçılıqla bağlı açıqlama verdi

Nazirlik Karvansaraydakı biabırçılıqla bağlı açıqlama verdi

Mədəniyyət və Turizm Nazirliyi Şəkidə Karvansaraydakı maraqlı hadisə ilə bağlı açıqlama verib.Xəbər verdiyimiz kimi, Şəkidəki tarixi məkanda – Karvansarayda alt və üst paltarlarının sərildiyini (böyük ehtimalla yuyulduqdan sonra qurumaq üçün) əks etdirən görüntülər yayılıb.Nazirliyin mətbuat katibi Zöhrə Əliyeva Oxu.Az-a bildirdi ki, Şəkidə Karvansaray kompleksi Nazirliyin nəzdində olsa da hal-hazırda otel kimi fəaliyyət göstərir.Nazirliyin mətbuat katibinin sözlərinə görə, tarixi məkanda belə bir ədəbsizlik orada yaşayan vətəndaş və ya turist tərəfindən edilib:“Bu məsələdə bizim günahımız yoxdu, çünki kompleks istifadə olunan tarixi abidələrin siyahısına daxildir, hal-hazırda orada yaşayış var. Tarixi məkanda alt və üst paltarlarının sərildiyini əks etdirən görüntülərə biz də baxdıq, çox təəssüf ki, belə bir hal baş verib. Bununla bağlı nazirlik araşdırma aparır”.ANN,Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM